Bəzi dövlət orqanları bank sirrini təşkil edən məlumatları qanunla əldə edə biləcəklər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, müəyyən edilmiş hallarda məlumatlar vergi orqanlarına və xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim oluna bilər.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə məlumatlar maliyyə monitorinqi orqanına da verilir.
Bu hallar yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada tətbiq olunur.
