Ötən il vəfat edən məşhur fransız aktrisa Bricit Bardonun şəxsi əşyaları Fransada keçirilən hərracda qiymətləndirmə dəyərindən təxminən 20 dəfə baha – 954 min avroya satılıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Millon hərrac evi məlumat yayıb.
“Bricit Bardo bir daha sübut etdi ki, misilsiz əlkimyaçıdır: o, təxminən 50 min avronu 1 milyon avroya çevirdi”, – hərrac evinin nümayəndəsi Aleksandr Millon deyib.
O, buna misal olaraq, cütü 30 avro qiymətləndirilmiş iki it xaltasından ibarət lotun təxminən 9400 avroya, 300 və 500 avro qiymətləndirilmiş iki gitaranın müvafiq olaraq 8600 və 11900 min avroya, 30 avro dəyəri olan suiti şəklində üç yumşaq oyuncağın isə 2200 avroya satılmasını göstərib.
Hərracda əldə edilən bütün vəsait aktrisanın hələ sağlığında vəhşi heyvanlara kömək üçün yaratdığı Bricit Bardo Fonduna köçürüləcək.
Xatırladaq ki, Fransa kinosunun ən məşhur simalarından olan Bricit Bardo 2025-ci il dekabrın 28-də 91 yaşında vəfat edib.
