Son bir neçə ay ərzində Ukrayna ABŞ-la əlaqəli gəmiləri hədəfə alıb.

Heftelik.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio “Fox News”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukrayna bu gəmiləri qəsdən hədəfə almamış ola bilər, amma nəticədə bu gəmilərə Ukrayna hücum edib.

“Biz buna imkan verə bilmərik. Bu məsələ həll olunmalıdır”,-Rubio vurğulayıb.