Səyyar vergi yoxlamasında əvvəlki yoxlamaların nəticələri də araşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Əvvəllər aşkar edilmiş qanun pozuntularının aradan qaldırılıb-qaldırılmadığı öyrənilir.
Vergi ödəyicisindən təqdim ediləcək sənədlər əvvəlcədən müəyyən edilir.
İlkin araşdırmada verilmiş cavablar təhlil olunur.
Bu məlumatlar faktiki fəaliyyətlə müqayisə edilir.
Beləliklə, yoxlamanın daha dəqiq aparılması təmin olunur.
