Qaydalarda inventarizasiyanın hansı hallarda aparılacağı da müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Vergi ödəyicisinin hesabat sənədlərini aparmaması inventarizasiya üçün əsas sayılır.
Əvvəlki yoxlamadan sonra qanunvericiliyin tələbləri yerinə yetirilmədikdə də bu tədbir tətbiq oluna bilər.
Markalanmalı olduğu halda markalanmamış malların aşkar edilməsi də inventarizasiyaya səbəb olur.
Əmlak vergisinin düzgün hesablanmasının yoxlanılması zamanı da inventarizasiya aparıla bilər.
Bu proses vergi orqanının xüsusi qərarı əsasında həyata keçirilir.
