Bankın borcun əvəzinə əldə etdiyi səhmlər müəyyən müddət ərzində xüsusi qayda ilə hesablanacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu səhmlər iki ildən çox olmayan müddətdə mühüm iştirak payının hesablanmasına daxil edilməyəcək.
Qayda maliyyə sağlamlaşdırılması tədbirləri dövründə əldə edilən paylara da şamil olunur.
Bu istisna bankların problemli aktivlərinin idarə olunmasını asanlaşdıracaq.