Banklar məcmu kapitalını və likvid ehtiyatlarını müəyyən olunmuş səviyyədə saxlamalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Onlar öhdəliklərini vaxtında yerinə yetirmək üçün zəruri tədbirlər görməlidirlər.
Risklərin azaldılması məqsədilə aktivlərin diversifikasiyası təmin edilməlidir.
Banklarda daxili nəzarət mexanizmləri də formalaşdırılmalı və tətbiq olunmalıdır.
