Yeni prudensial normativlər banklara əvvəlcədən rəsmi şəkildə bildirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Əksər dəyişikliklər bildirişdən bir ay sonra qüvvəyə minəcək.
Kapitalın minimum məbləği ilə bağlı dəyişikliklər isə altı aydan tez tətbiq olunmayacaq.
Yeni normativlər geriyə qüvvəyə malik olmayacaq.
