Banklarla müştərilər arasında münasibətlər qanunvericilik və müqavilə əsasında qurulacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Müştərilər istədikləri bankı sərbəst seçmək hüququna malik olacaqlar.
Onlar bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər.
Hesabların açılması və bağlanması qanunvericiliyə uyğun həyata keçiriləcək.