Kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi üçün xüsusi meyarlar tətbiq olunacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Dövlət təhlükəsizliyi, iqtisadi sabitlik və həyati infrastruktur üçün risk yaradan obyektlər bu siyahıya daxil edilə biləcək.
Məlumat sorğusu alan obyekt sahibləri tələb olunan məlumatları 30 gün ərzində təqdim etməlidirlər.
Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı səlahiyyətli qurum tərəfindən təsdiqlənəcək.
Həmin obyektlər üzrə ayrıca dövlət reyestri aparılacaq.
Reyestrin yaradılması və aparılması qaydaları da səlahiyyətli qurum tərəfindən müəyyən ediləcək.