İnformasiya sistemlərinin sahibləri və istifadəçiləri üçün hüquq və vəzifələr müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
İnformasiyanın istifadəçiyə təqdim edilmə qaydalarını mülkiyyətçi və ya səlahiyyətli orqan müəyyən edir.
İstifadəçilərin sənədlərlə işləməyə buraxılması qanunvericiliyə uyğun həyata keçirilir.
Sertifikatlaşdırılmamış informasiya sistemlərindən istifadəyə görə məsuliyyət onların sahibinin üzərinə düşür.
Belə sistemlərdən əldə olunan informasiyadan istifadəyə görə isə istifadəçi cavabdehdir.
Qanun tərəflərin məsuliyyət bölgüsünü dəqiq şəkildə müəyyənləşdirir.