Qanunda avtomobil yollarında qadağan edilən hərəkət və fəaliyyətlərin siyahısı müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yolların zibillənməsi, yol örtüyünə müxtəlif maddələrin tökülməsi və icazəsiz tikinti işləri qadağandır.
Həmçinin avtomobil yollarında mal-qaranın otarılmasına və müəyyən olunmayan yerlərdən keçirilməsinə yol verilmir.
Yol infrastrukturuna zərər vuran fəaliyyətlər qanunvericiliyə uyğun məsuliyyət yaradır.