Azərbaycan ərazisində bütün şəxslər müəyyən edilmiş qaydalara uyğun avtomobil yollarından istifadə edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yollarda yalnız dövlət qeydiyyatından keçmiş və texniki cəhətdən saz nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Nəqliyyat vasitələri əsasən yolun hərəkət hissəsində hərəkət etməlidir.
Yol çiyini ilə hərəkətə yalnız qanunda nəzərdə tutulan hallarda icazə verilir.
