Bəzi avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi məcburi olacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu tələb nəqliyyat və piyada axınının yüksək olduğu ərazilərə şamil edilir.
Digər halların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.