Şəhərlərarası avtomobil yollarının sanitariya-mühafizə zonasında tikinti işləri xüsusi qaydalarla aparılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu ərazilərdə xidmət obyektləri və digər qurğular yalnız razılaşdırılmış layihələr əsasında tikilə bilər.
Layihələr hazırlanarkən yol hərəkəti təhlükəsizliyi tələbləri nəzərə alınmalıdır.
Qaydalar yol infrastrukturu ilə ətraf mühit arasında balansın qorunmasına xidmət edir.