Mərkəzi Bank müəyyən hallarda mühüm iştirak payının özgəninkiləşdirilməsi üçün məhkəməyə müraciət edəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu, şəxsin lazımi keyfiyyətlərə malik olmaması və ya bankın idarə edilməsinə təhlükə yaratması hallarında mümkün olacaq.
Eyni qayda bank lisenziyasının ləğv edilməsi və nəzarətlə bağlı problemlərə də şamil edilir.
Məhkəmə belə müraciətlərə ən geci 30 təqvim günü ərzində baxmalıdır.