Səhmdarlar bankdakı paylarına uyğun səsvermə hüququna malik olacaqlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Onlar ümumi yığıncaqda şəxsən və ya nümayəndə vasitəsilə iştirak edə bilərlər.
Bu halda yazılı etibarnamə tərtib olunmalı və protokola əlavə edilməlidir.
Qanuni nümayəndələr üçün ayrıca etibarnamə tələb olunmur.