Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinə silahlı hücum olub.
Heftelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, hələ ki kimliyi məlum olmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.
Manisa Valiliyinin yaydığı məlumatda hadisə nəticəsində 1 şagirdin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd edilib.
Silahlı insident törədən şəxs saxlanılıb.
