Daxili audit bölməsi Audit Komitəsinin nəzarəti altında fəaliyyət göstərəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bölmə daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə fasiləsiz nəzarət edəcək.
Daxili audit rəhbəri və əməkdaşları Müşahidə Şurası tərəfindən vəzifəyə təyin ediləcək və azad olunacaqlar.
Audit Komitəsinin və daxili audit bölməsinin fəaliyyət standartlarını Mərkəzi Bank müəyyən edəcək.
