Yollarda aparılan təmir-tikinti işləri zamanı nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Belə qərarlar yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunacaq.
Zərurət yarandıqda nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan edilə bilər.
Qanun ümumi istifadədə olan nəqliyyat marşrutlarının açılması qaydasının da müəyyən edilməsini nəzərdə tutur.