Hüquqi şəxslər yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına dair öhdəliklər daşıyacaqlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Onlar əmək kollektivlərində profilaktik tədbirlər həyata keçirməlidirlər.
Sürücülərin sağlamlıq vəziyyətinə, eləcə də əmək və istirahət rejiminə nəzarət edilməlidir.
Daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər isə xüsusi qaydaları müvafiq dövlət orqanı ilə razılaşdırmaqla qəbul etməlidirlər.
