Banklar başqa hüquqi şəxslərdə mühüm iştirak payı almaq üçün Mərkəzi Banka yazılı ərizə təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Ərizəyə idarəetmə orqanının qərarı və iştirak payı barədə məlumat əlavə olunmalıdır.
Hüquqi şəxsin maliyyə hesabatları, auditor rəyləri və fəaliyyət istiqamətləri barədə məlumat da təqdim ediləcək.
Xarici banklarda iştirak payı əldə ediləcəyi halda əlavə olaraq həmin ölkənin nəzarət orqanının arayışı tələb olunacaq.
