İnventarizasiya zamanı UÇOT

23 Sentyabr 2026, 01:19

Səyyar vergi yoxlaması çərçivəsində inventarizasiya aparılarkən xüsusi uçot prosedurlarına əməl olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.

Əmlakın inventarizasiyası onun yerləşdiyi yer üzrə və hər bir maddi məsul şəxs ayrıca nəzərə alınmaqla aparılır.

İnventarizasiyaya başlamazdan əvvəl sonuncu mədaxil və məxaric sənədləri qəbul edilir.

Pul vəsaitlərinin və əmtəə-material ehtiyatlarının hərəkətinə dair hesabatlar da yoxlanılır.

Uçot məlumatları əsasında əmlakın qalığı müəyyənləşdirilir və bütün sənədlər xüsusi qaydada qeydiyyata alınır.

Bu prosedur inventarizasiya nəticələrinin obyektivliyinin və dəqiqliyinin təmin olunmasına xidmət edir.