Səyyar vergi yoxlamasında vergi ödəyicisinin faktiki fəaliyyəti müqayisəli şəkildə araşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Daxili audit və auditor xidmətlərinin nəticələri öyrənilir.
Kameral vergi yoxlamalarının nəticələri də nəzərə alınır.
Vergi ödəyicisinin uçot metodları ayrıca qiymətləndirilir.
Faktiki fəaliyyət barədə məlumatlar vergi orqanındakı məlumatlarla üzləşdirilir.
Təsərrüfat subyektləri barədə məlumatların uyğunluğu da yoxlanılır.