Səyyar vergi yoxlamasının tərkib hissəsi kimi ilkin araşdırma aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Araşdırma vergi ödəyicisinin fəaliyyəti ilə ilkin tanışlıq məqsədi daşıyır.
İlkin araşdırma yoxlamanın başlandığı gündən sonrakı yeddi gün ərzində aparılır.
Müsahibələr vergi və sığorta öhdəliklərindən yayınma hallarının aşkarlanmasına yönəldilməlidir.
Sorğu xüsusi anket forması əsasında həyata keçirilir.
Vergi ödəyicisi tapılmadıqda onun müəyyən edilməsi üçün aidiyyəti quruma müraciət olunur.