Növbəti səyyar vergi yoxlaması barədə vergi ödəyicisinə əvvəlcədən bildiriş təqdim olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Bildiriş yoxlamanın başlanmasından azı 15 gün əvvəl göndərilir.
Sənəddə yoxlamanın əsası və başlanma tarixi göstərilməlidir.
Vergi ödəyicisinin və vergi orqanının hüquq və vəzifələri də bildirişdə əks olunur.
Növbəti səyyar vergi yoxlaması bildirişdə göstərilən tarixdən başlanır.
Qaydalar yoxlama prosesində şəffaflığın və məlumatlandırmanın təmin edilməsinə xidmət edir.
