Kritik informasiya infrastrukturu subyektləri informasiya təhlükəsizliyini idarəetmə sistemi yaratmalı olacaqlar.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Sistem kibertəhdidlərin və kiberhücumların aşkar edilməsi və qarşısının alınmasına xidmət edəcək.
Subyektlər təhlükəsizlik üzrə məsul şəxs təyin etməli və bu barədə reyestrdə məlumat yerləşdirməlidirlər.
Kiberinsidentlər barədə məlumatlar müəyyən olunmuş qaydada səlahiyyətli orqana göndərilməlidir.
Səlahiyyətli orqan təhlükəsizlik tələblərinə əməl olunmasını tələb edə və sorğular göndərə bilər.
Bu tələblərin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.