Banklar müəyyən hallarda aidiyyəti şəxslərə kredit verə bilməzlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Məhdudiyyət kredit məbləği bankın aktivlərinin 5 faizinə və ya daha çoxuna çatdıqda tətbiq edilir.
Belə kredit üçün müstəqil auditorun rəyi və səhmdarların ümumi yığıncağının qərarı tələb olunur.
Qayda banklarda maraqlar toqquşmasının qarşısını almağa xidmət edir.