Banklar xidmətlər və onların şərtləri barədə məlumatları müqavilə bağlanmazdan əvvəl müştərilərə təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bank lisenziyası müştərinin tələbi ilə təqdim olunmalıdır.
Məlumatlar müştərilər üçün əlçatan və başadüşülən formada olmalıdır.
Banklar müştərinin pul vəsaitindən istifadəsinə qanunda nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməzlər.