Mərkəzi Bank bankların maliyyə sabitliyini təmin etmək üçün əsas prudensial göstəriciləri müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu göstəricilərə minimum kapital, kapital adekvatlığı və likvidlik tələbləri daxildir.
Həmçinin kredit riskləri, açıq valyuta mövqeyi və ehtiyatlarla bağlı normalar müəyyən olunur.
Aidiyyəti şəxslərlə əməliyyatlara və aktiv-passiv uyğunluğuna dair tələblər də bu normativlər sırasındadır.
