Bankın nizamnamə kapitalında mühüm iştirak payı qanunda müəyyən olunmuş qaydada əldə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu qayda səsvermə hüququ olan səhmlərin 20, 33 və 50 faizinə çatdırılmasını da əhatə edir.
Bank mühüm iştirak payı ilə bağlı dəyişikliklərdən xəbər tutduğu anda Mərkəzi Banka yazılı məlumat verməlidir.
Eyni tələb bankın kapitalında mühüm iştirak payına malik hüquqi şəxslərlə bağlı dəyişikliklərə də şamil olunur.