Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilən sənədlər bankdan tələb olunmayacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Məlumatları sistem üzərindən əldə etmək mümkün olmadıqda digər prosedur tətbiq ediləcək.
Belə hallarda sənədlər bankın razılığı ilə müvafiq dövlət orqanlarından sorğu əsasında alınacaq və ya bank tərəfindən təqdim ediləcək.
Bu yenilik sənəd dövriyyəsinin daha operativ həyata keçirilməsinə imkan verəcək.