Banklar səhmdarların ümumi yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən idarə olunacaqlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Səhmdarların ümumi yığıncağı bankın ali idarəetmə orqanı hesab edilir.
Müşahidə Şurası bankın idarə olunmasına nəzarət funksiyasını həyata keçirəcək.
İdarə Heyətinin səlahiyyətlərinin başqa hüquqi şəxsə və ya fərdi sahibkara verilməsi qadağan olunur.
