Banklarda növbəti və növbədənkənar səhmdar yığıncaqları keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Növbəti yığıncaq barədə səhmdarlara ən azı 45 təqvim günü əvvəl məlumat verilməlidir.
Gündəliyə daxil edilməyən məsələlər üzrə qərar qəbul olunmasına yol verilmir.
Növbəti ümumi yığıncaq hər il maliyyə hesabatı və auditor yoxlamasından sonra iki ay ərzində keçirilməlidir.