Bəzi işlərin avtomobil yollarında aparılması yalnız müvafiq razılıq əsasında həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bura tikinti, kommunikasiya xətlərinin çəkilməsi, reklam qurğularının yerləşdirilməsi və idman tədbirlərinin təşkili daxildir.
Ağır və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələrinin hərəkəti də əvvəlcədən razılaşdırılmalıdır.
Belə daşımalar zamanı yola və yol qurğularına dəyən zərər nəqliyyat vasitəsinin sahibi tərəfindən ödənilməlidir.
