Örtüyü təkmilləşdirilmiş yollarda müəyyən nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu qadağa tırtıllı və metal tikanlı şinləri olan nəqliyyat vasitələrinə şamil olunur.
İstisna hallarda onların hərəkəti yalnız yazılı icazə əsasında mümkündür.
Qaydanın məqsədi avtomobil yollarının qorunmasını təmin etməkdir.