Avtomobil yollarının saxlanılması və abadlaşdırılması təhlükəsiz hərəkətin təmin edilməsinə xidmət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Təhlükəli şərait yarandıqda hərəkət məhdudlaşdırılmalı və ya dayandırılmalıdır.
Yollarda nişanlar, nişanlama xətləri, svetoforlar və məlumatlandırıcı vasitələr quraşdırılmalıdır.
Əlverişsiz hava şəraitində sürücülər vaxtında məlumatlandırılmalı və təhlükəsiz hərəkət üçün tədbirlər görülməlidir.
