Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb.

Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir.