Sentyabrın 23-də səhər saatlarında Rusiya ordusunun Kiyevə kütləvi dron hücumu nəticəsində şəhərdə yanacaqdoldurma məntəqələri, biznes mərkəzi, mağaza, anbar və nəqliyyat infrastrukturu zərər görüb, yanğınlar baş verib.

Heftelik.az xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun hücum nəticəsində 2 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını bildirib.

Məlumata görə, dronlardan biri Holosiivski rayonunda dəmiryolu vağzalının yaxınlığında dördmərtəbəli biznes mərkəzinə düşüb. Həmin rayonda yanacaqdoldurma məntəqəsi və anbar da zərər görüb. Darnitski rayonunda isə nəqliyyat infrastrukturu obyektinə və yanacaqdoldurma məntəqəsinə zərbələr endirilib. Solomensk rayonunda dron qalıqları yaşayış binaları arasındakı əraziyə düşüb və nəqliyyat müəssisəsinin ərazisində yanğın baş verib.

Ukrayna tərəfi hücum zamanı şəhərin bəzi ərazilərində dəmir yolu hərəkətinin də dayandırıldığını bildirib.