ABŞ-ın Müharibə Nazirliyinin yenilənmiş məlumatlarına əsasən, İranla münaqişə zamanı həlak olan ABŞ hərbçilərinin sayı 19 nəfərə çatıb.

Heftelik.az xəbər verir ki, Pentaqonun xüsusi portalında yer alan məlumatlara görə, onlardan 14-ü “Epik qəzəb” (“Epic Fury”) əməliyyatı zamanı döyüşlərdə həlak olub.

Daha 5 hərbçi, o cümlədən sonuncu itki, “xarici əməliyyatlar” kateqoriyasında göstərilib.

Pentaqonun məlumatına görə, İranla münaqişə zamanı müxtəlif dərəcəli xəsarətlər alan ABŞ hərbçilərinin sayı isə 820 nəfərdir.