Diplomatik nümayəndəliklərdə çalışan diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə fərqləndirici əmsal tətbiq ediləcək. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Əmsal tətbiq edilməzdən əvvəl dövlət məvacibindən gəlir vergisi və digər icbari ödənişlər çıxılır. Qalan vəsaitin ABŞ dollarında ekvivalenti müəyyən edilir. Daha sonra həmin məbləğə müəyyən edilmiş fərqləndirici əmsal tətbiq olunur. Alınan məbləğ diplomatik xidmət əməkdaşına müvafiq valyutada ödənilir. Ödəniş zamanı Qaydaların diplomatik nümayəndəlikdə təyin olunmuş iş yerinə dair müddəaları da nəzərə alınır. Bununla əməkdaşların xaricdəki sosial-iqtisadi şəraitə uyğun maliyyə təminatının formalaşdırılması nəzərdə tutulur.
