Ödəniş təşkilatı və elektron pul təşkilatının davamlı fəaliyyətinin təmin edilməsi üçün məcmu kapital müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, məcmu kapital bu Qanuna uyğun olaraq müəyyən edilmiş kapitaldır.
Məcmu kapital anlayışı ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının maliyyə dayanıqlığının təmin edilməsinə yönəlib.
Qanunda həmçinin mühüm iştirak payı anlayışı da müəyyənləşdirilib.
Mühüm iştirak payı nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən və ya hüquqi şəxsin qərarlarına mühüm təsir göstərməyə imkan verən birbaşa və ya dolayı sahiblikdir.
