Ödəniş xidmətlərinə ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və digər oxşar ödəniş alətləri ilə əməliyyatların icrası da ödəniş xidmətləri hesab olunur.
Ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatlarının ekvayrinqi də bu xidmətlərin sırasına daxildir.
Pul köçürməsi, elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası da ödəniş xidmətlərinə aid edilib.
Hesab üzrə məlumat xidməti və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti də ödəniş xidməti hesab olunur.