Ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş xidmətləri ilə yanaşı qanunla müəyyən edilmiş bir sıra əlavə fəaliyyətləri də həyata keçirə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu fəaliyyətlərə ödəniş sərəncamının icrası üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada valyuta mübadiləsinin aparılması daxildir.
Həmçinin müəyyən ödəniş əməliyyatlarının həyata keçirilməsi üçün istifadəçilərə razılaşdırılmış şərtlərlə kreditlərin verilməsinə imkan yaradılır.
Təşkilatlar göstərdikləri ödəniş xidməti ilə birbaşa bağlı olan pulların saxlanılması, daşınması və məlumatların emalı kimi fəaliyyətləri də həyata keçirə bilərlər.
Bundan başqa, qanunda nəzərdə tutulan hallarda operator fəaliyyəti, təlim, məsləhət və proqram təminatlarının hazırlanması da mümkün olacaq.
