Ödəniş təşkilatı və elektron pul təşkilatında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması qanunvericiliklə tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təşkilatlar illik maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını müəyyən edilmiş müddətdə Mərkəzi Banka təqdim etməlidirlər.
Ödəniş agenti cəlb edildikdə onun ödəniş xidmətləri üzrə apardığı əməliyyatlar da konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilir.
Beləliklə, ödəniş agentləri vasitəsilə həyata keçirilən əməliyyatlar təşkilatların maliyyə hesabatlarında nəzərə alınacaq.
Maliyyə hesabatlarının hazırlanması, təqdim edilməsi və dərc olunması isə “Mühasibat uçotu haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək.
