Ödəniş xidməti təchizatçısı istifadəçinin təqdim etdiyi şikayətə daxil olduğu tarixdən 7 iş günü müddətində baxmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçı müraciətə baxılmasının nəticəsi barədə istifadəçini məlumatlandırmalıdır.
Şikayətə müəyyən edilmiş müddətdə baxmaq mümkün olmadıqda isə müddətin artırılmasının səbəbləri əsaslandırılmalıdır.
Bu barədə məlumat istifadəçiyə ilkin 7 iş günlük müddətdən gec olmayaraq təqdim edilməlidir.
Təchizatçıya şikayət verilməsi istifadəçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.