Onkoloji müəssisələr mülkiyyət formasından asılı olmayaraq ümumi təyinatlı müalicə-profilaktika müəssisələrində aşkar olunan onkoloji xəstələrin sayı haqqında dəqiq məlumat almaq hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Onlar onkologiya sahəsində əldə olunmuş müasir elmi-praktik nailiyyətləri tətbiq edə bilərlər.
Onkoloji müəssisələr həmçinin onkoloji xəstəliklər haqqında hesabatların düzgün aparılmasını tələb etmək hüququna malikdir.
Bu hüquqlar onkoloji xəstəliklərin uçotunun və müalicəsinin daha səmərəli təşkilinə xidmət edir.
