Onkoloji xəstələr həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Onkoloji xəstələrə ambulator-poliklinika tibbi yardımı, stasionar və ambulator müalicə göstərilir.
Onlara həmçinin reabilitasiya və dispanser nəzarəti tədbirləri həyata keçirilir.
Bu tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aparılır.
