Onkoloji yardım bədxassəli şişlərin vaxtında aşkar olunması, profilaktikası, müayinəsi və müalicəsinə yönəldilmiş elmi-tibbi tədbirlər kimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Qanunda onkoloji xəstə tam müayinə olunmuş və morfoloji üsullarla bədxassəli şiş diaqnozu təsdiq edilmiş şəxs kimi göstərilir.
Onkologiya bədxassəli şişlərin əmələ gəlmə səbəblərini, inkişaf mexanizmlərini, klinikasını, diaqnostikasını, müalicəsini və profilaktikasını öyrənən tibb və biologiya sahəsidir.
Bədxassəli şiş isə infiltrativ surətdə böyüyən, ətraf toxumalara sirayət edərək onları dağıdan və metastaz verməyə qadir olan törəmə hesab edilir.
