Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğləri müqavilələrin vergi ili ərzində faktiki yerinə yetirilmə həcminə uyğun uçota alır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi həmin il ərzində çəkilmiş xərclərin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisəsi əsasında müəyyən edilir.
Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlir və xərclər işlərin faktiki icra səviyyəsinə uyğun olaraq hesabat dövrlərinə aid edilir.
Bu qayda vergi ödəyicisinin gəlir və xərclərinin müqavilənin icra vəziyyətinə uyğun uçota alınmasını təmin edir.
